"Nazirlərin görüşü ATƏT-in “quş” qoymaq xatirinə həyata keçirdiyi tədbirdir" ÖZƏL-MÜNASİBƏT
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçiriləcək görüşündə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşikin iştirak etməsinə o qədər də ehtiyac yoxdur. Çünki Ermənistanın tutduğu mövqe məsələnin həllinə yox, əksinə həll olunmamasına daha çox xidmət edir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, heç Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanın özü də ağıllı bir iddia irəli sürmür: “Həmçinin bu gün Paşinyan hökuməti hansısa bir planı qəbul edə bilmir. Amma bu gün parlamentdə onların yeni hökumətinin tərkibi təsdiq olunmalıdır. Bu hökumət qərbyönümlü olacaqsa, təbii ki, bütün hallarda tamam ayrı bir mövqe tutacaq. Əgər rusiyayönümlü olacaqsa, tamam ayrı bir mövqe tutacaq. Ona görə də yanvarın 16-na təyin olunmuş görüşdə hansısa irəliləyiş olacağını fikirləşmək ən azı absurddur. Amma Azərbaycan öz sülhməramlı xarici siyasətindən hələki əl çəkmir. Nə qədər ki onlar iddia irəli sürürlər ki, Azərbaycan məsələnin həllində maraqlı deyil amma ölkəmiz ona görə bu məsələdə iştirak edəcək. düşünürəm ki, bu da növbəti bir görüş olacaq. Daha doğrusu bu görüş ATƏT-in “quş” qoymaq xatirinə həyata keçirdiyi bir tədbirdir. Bunun başqa cür adı da yoxdur”.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 16 yanvar tarixində Parisdə görüş keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB