"Avropa təşkilatlarında ikili standartlar mövcuddur" ÖZƏL-MÜNASİBƏT
“Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını diqqətlə izlədim. Prezidentin söylədiyi bütün fikirlərlə şərikəm ki, Avropa təşkilatlarında ikili standartlar mövcuddur. Əsasən Azərbaycana təzyiq göstərmək üçün onlar hər bir xırda məsələni böyüdürlər”. Bunu SİA-ya açıqlamasında politloloq Məhərrəm Zülfüqarlı deyib.
“Amma onlar Ermənistanda keçirilən saxta parlament seçkilərinə haqq qazandırmışdılar. Əlbəttə ki, cinayətkara haqq qazandıran cinayətkarla da müştərək o məsələdə məsuliyyət daşıyır. Bu cəhətdən Avropa Birliyi hansı ki, Ermənistana ikili standartlardan yanaşmışdır. Hətta bilirsiniz ki, parlamentə daxil olub baş naziri, spikeri öldürülən Ermənistana da onlar yenə də obyektiv münasibət bəsləməyiblər. Düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmamasında da bu ikili standartlar özünü göstərir. Prezidentimizin açıq şəkildə onları tənqid etməsi obyektiv qiymətləndirilməlidir. Biz onlara öz münasibətimizi bildirməliyik ki, gələcəkdə bu cür yanaşmadan çəkinsinlər”-deyə, politoloq fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB