“Nəsimi ili” tariximizdə çox dərin və məzmunlu bir iz qoyacaq" ÖZƏL-ŞƏRH
“Sevindirici haldır ki, 2018-ci il konkret bir insanın adı ilə bağlı elan edildi. Azərbaycan şairi İmadəddin Nəsimi tək Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının çox tanınmış və zəngin ədəbi irsə malik olan şəxslərindən biridir. Onun yaradıcılığı insanı, cəmiyyəti, dünyanı düşündürən məsələləri çox ciddi şəkildə analiz edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi həm Nəsiminin, həm də Azərbaycan ədəbiyyatının dünyada təbliğatında çox böyük rol oynayacaq: “Hesab edirəm ki, həm dövlət orqanları, həm də ictimai təşkilatlar bu işdə cənab Prezidentin bu məsələ ilə bağlı qəbul etdiyi qərarın həyata keçirilməsində böyük rol oynayacaq. Nəsimişünaslıq Azərbaycanda çox inkişaf edib. Nəsiminin yaradıcılığı ilə hər bir azərbaycanlı tanışdır və böyük fəxarət hissi duyur. Hesab edirəm ki, gənc nəsil Nəsimini və ümumilikdə Azərbaycan ədəbiyyatını daha yaxşı tanımağa başlayacaq. Nəsimi yaradıcılığının Azərbaycan dilində baş verdiyini nəzərə alaraq, eyni zamanda azərbaycançılığının tarixi dərinliyindən bu günə qədər çox böyük inkişaf yolu keçdiyini bir daha özümüz üçün aydınlaşdıracayıq. Hesab edirəm ki, “Nəsimi ili” Azərbaycanın müasir tarixində çox dərin və məzmunlu bir iz qoyacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB