Səudiyyə Ərəbistanında əşirətindən bir nəfəri öldürən şəxs başı kəsilməklə edam edilib

Səudiyyə Ərəbistanında əşirətindən bir nəfəri öldürən şəxs başı kəsilməklə edam edilib

Səudiyyə Ərəbistanında cinayət törətdiyi bildirilən bir nəfər başı kəsilərək edam edilib.

 

SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada ailə daxilindəki anlaşmazlıq səbəbilə öz əşirətindən birini öldürən Naci Bin Arif Əl Şamrinin Arar şəhərində başı kəsilərək edam edildiyi bildirilib.

 

 Əl Şamrinin edamı Səudiyyə Ərəbistanında bu ilin ilk dramı kimi qeydə alınıb. Keçən il Krallıqda 27 nəfər başı qılıncla kəsilərək öldürülüb. 2009-cu ildə isə bu rəqəm 67 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə