Etirazçılar “Mənim addımım” blokunun deputatına RƏDD OL!

Etirazçılar “Mənim addımım” blokunun deputatına RƏDD OL!

Manvel Qriqoryanın girov müqabilində azad olunmasına etiraz edən kütlə Yerevan-Eçmiədzin yolunu bağlayıblar. SİA xəbər verir ki, bu barədə aysor.am yazır.

Saytın qeyd etdiyinə görə, etirazçılar Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasından olan deputat Hayk Sarkisyanın yolu açmaq çağırışlarını rədd ediblər.

Deputat deyib ki, yolların bağlanması həll vasitəsi deyil, lakin onun bu fikirlərinə cavab olaraq aksiya iştirakçılarından biri soruşub. “Bəs nəyə görə siz bir vaxtlar küçələri bağlayırdınız?”, deyə aksiyaçı 2018-ci ilin aprel-may aylarında Nikol Paşinyanın və tərəfdarlarının küçələri blok etmələrini xatırladıb.

“Onda biz hakimiyyətə və parlamentdə qarşı etiraz aksiyaları keçirirdik”, deyə Hayk Sarkisyan cavab verib və bildirib ki, həmin vaxt vətəndaşlar onlara dəstək göstərib.

O, etirazçıların səhv etdiklərini bildirərkən aksiya iştirakçılarından biri cavab verib: “Sən özün səhvsən. Siz, hakimiyyətə gəlmək və deputat olmaq üçün küçələri bağlayarkən insanlara mane olmurdunuzmu? İndi isə biz mane oluruq. Yaxşı olar ki, rədd olub buradan gedəsən”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə