Qazaxıstanda havanın temperaturu -45 dərəcəyə çatıb. SİA-nın məlumatına görə, soyuqlar nəqliyyatın dayandırılmasına, yolların bağlanmasına səbəb olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmisi bildirib ki, ölkədə davam edən soyuq hava şəraiti bütün sahələrə mənfi təsir edir. Nəqliyyatın hərəkəti bu axşamdan etibarən dayandırılıb. Nazirlik 3 gün müddətində əhaliyə evlərindən çıxmamağı məsləhət görüb.
Qazaxıstanlı meteroloqlar həddindən artıq soyuq hava şəraitinin bazar ertəsinə kimi davam edəcəyini, daha sonra havanın 10 dərəcə istiləşəcəyini proqnozlaşdırır. İsti hava şəraiti 10 gün davam edəcək, yanvar ayının 20-dən etibarən havalar kəskin şəkildə soyuqlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB