Angela Merkel xristian azlıqların qorunması üçün çağırış edib

Angela Merkel xristian azlıqların qorunması üçün çağırış edib
Almaniyanın baş naziri Angela Merkel, dünyadakı xristian azlıqların qorunması üçün çağırış edib. SİA-nın məlumatına görə, Angela Merkel televiziyada verdiyi açıqlama zamanı bidirib ki, xristianların qorunmağa və mühafizə edilməyə ehtiyacı var.

Almaniyada yaşayan xristianlar bu gün Milad bayramı ilə əlaqədar başlayan qeydetmə mərasimi sabah da davam edəcək. Bununla bağlı danışan baş nazir almanların dini azlıqlara əhəmiyyət verdiyini diqqətə çatdırıb: "Xristian azlıqların qorunması şərtdir. Almaniya ilə yanaşı, bütün dünya ölkələri bu işə diqqətlə yanaşmalıdır".

Almaniyada yaşayan təxminən 6 min xristianın Milad bayramını qeyd etmələri üçün polislər ölkə daxilində güclü təhlükəsizlik tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir çox rəsminin qatılacağı mərasimdə Almaniyanın müsəlmanlar mərkəzi şurasnın rəhbəri Aiman Mazyekin də iştirak edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə