Abdullah Öcalan azadlığa buraxılacaq?

Abdullah Öcalan azadlığa buraxılacaq?
Türkyədə PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın sərbəst buraxılması ilə bağlı xəbərlər yayılıb. SİA-nın məlumatına görə, Hizbullah idarəçilərinin vəkili Sidqi Zilan Öcalanın azadlığına qovuşacağını iddia edib.

Azadlığa buraxılan Hizbullah idarəçilərinin vəkili işlərin çətinliyini əsasən dəstəyin zəif olması ilə əlaqələndirib. O bildirib ki, Hizbullah iddialarında bəzi təşkilatlar məhkəmədə dəstəklərini göstərsəydilər heç nə bu qədər çətin olmazdı: "Məhkəmələr sırf öz gücümüzə həll olundu. Baş verən bəzi hadisələr məhkəmədən gizlədilirdi, bu da öz növbəsində getdikcə vəziyyəti çətinləşdirən səbəblərdən biri oldu".

Zilan onu da qeyd edib ki, müvəkkillərinin azad edildiyi kimi, bir gün Abdullah Öcalan da bəraət qazanacaq: "Hazırda azad olan şübhəlilər də əvvəllər çox əziyyət görüblər. Lakin zamanla haqq yerini tapdı və bunlar geridə qaldı. Qarşıda isə Abdullah Öcalanın azadlığı var. Hizbullah idarəçiləri kimi, Abdullah Öcalan da azadlığını qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə