Çində artıq it və pişik əti yemək qadağan edilib. SİA-nın məlumatına görə, hazırlanan yeni qanun layihəsi it ətinin yeyilməsini insanlıqdan kənar hərəkət olaraq qiymətləndirir.
Çinin cənub bölgəsində pişik və it əti istehlak edilir. Şanxayın bir çox bölgələrində it əti satılan mağazalar, pişik şorbası hazırlayan bir sıra yeməkxanalar fəaliyyət göstərir.
Çinin cənubunda olan Quanqdonq bölgəsində ayda 10 min pişik istehlak edilir. Çinin müxtəlif bölgələrindən oğurlanan pişiklər, qatarlar vasitəsilə günlərlə yol gedərək Quanqdonq bölgəsinə çatır. Bəzi sərhəd zonalarında heyvan haqqları müdafiəçilərinin basqınları pişiklərin sərbəst buraxılmasına şərait yaratsa da, bu çox nadir hallarda baş verir.
Pişik və itlərin bu formada istismarının insanlığa xas olmadığına qərar verən dövlət rəsmiləri yeni qanun layihəsi hazırlayıb. Qanuna əsasən, qadağanı ilk dəfə pozanlar 732 dollar cərimə edilir. Əgər qanun pozuntusu ikinci dəfə təkrarlanarsa həmin şəxsi həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB