Qazaxıstanda yerli sakinlərlə ermənilər arasında yaşanan kütləvi dava-dalaşın iki ölkə arasında onsuz da normal olmayan münasibətləri daha da gərginləşdirəcəyinə zərrə qədər şübhə ola bilməz. "Qədim Roma” restoranının yanında 23 yaşlı yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yüzlərlə insanın Karaqanda şəhərində davam edən kütləvi etiraz aksiyaları da təsdiq edir ki, Qazaxıstan ictimaiyyəti ermənilərə qarşı barışmaz mövqedədir.
Aksiya iştirakçıları erməni diasporunun nümayəndələrini hadisəyə görə ittiham etməkdə, qətlə qarşı hiddətlərini ifadə etməkdə davam edirlər
Etirazçılar hakimiyyətdən ədalətli məhkəmə araşdırması tələb edirlər. Təbii ki, ermənilər tərəfindən törədilən qətl Qazaxıstan cəmiyyətində narazılıqlarla qarşılanıb və onları başa düşmək çətin deyil. Vilayət rəhbəri Yerlan Koşanovun etirazçılarla görüşməsi heç də təsadüfi hesab oluna bilməz. Görünür, hakimiyyət narazılıqların fərqindədir və Koşanovun axtarışda olan əsas şübhəlinin 2-3 günə saxlanacağı barədə vəd verməsi də bunu təsdiq edir. Hətta vətəndaşların kütləvi toplaşdığı əraziyə xüsusi təyinatlılar cəlb edilib, snayperlər binaların damında müşahidə aparırlar, polis şəhərin küçələrini əhatəyə alıb və bütün bunlar hadisələrin ciddiliyindən xəbər verir.
Ermənistanın Qazaxıstandakı səfirliyi qətl ilə əlaqədar açıqlama yayaraq, öldürülən şəxsin yaxınlarına başsağlığı versə də, aksiya iştirakçıları erməni diasporunun nümayəndələrini hadisəyə görə ittiham etməkdə, qətlə qarşı hiddətlərini ifadə etməkdə davam edirlər. Yeni il gecəsi törədilmiş qətl hadisəsinə görə Qazaxıstanın Karaqanda vilayətinin erməni diasporu sosial şəbəkələrdə video yayaraq, qazaxlardan üzr istəsə də, bu, etirazları səngidə bilmir. Sözsüz ki, bunun da səbəbi erməni xislətinin bəlli olması və onların iğtişaşlar, terror, insident törətməkdə tayı-bərabəri olmadığı, simasızlığı barədə Qazaxıstan cımiyyətinin məlumatlı olmasıdır. Çünki, bir vaxtlar Stalin tərəfindən təyin edilən və tarixə qan içən kimi düşən Levon Mirzəyanın 2 milyona yaxın qazax türk millətini qətlə yetirdiyini qazaxlar unutmayıblar.
Türk millətinə qarşı ermənilərin soyqırım siyasəti heç kim üçün sirr deyil və bir gün onlar bütün bunların hesabını vermək məcburiyyətindədirlər
İnsidentlə əlaqədar Ermənistanın Xarici İşlər Nazirliyinin və Qazaxıstandakı Ermənistan səfirliyinin Astana rəsmiləri ilə əlaqə saxladığını deyən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın hadisələrdən ehtiyat etdiyi göz qabağındadır. Hətta Ş.Koçaryan Qazaxıstan tərəfinin durumun nəzarətdə saxlanması üçün gərəkən addımların atılacağına təminat verdiyini söyləməklə, tərəfləri bəyanatlarına böyük məsuliyyətlə yanaşmağa çağırmaqla təsdiq edir ki, Ermənistan tərəfi məlum hadisələrə görə çox böyük təşviş içindədir.
"Bu, çox həssas məsələdir, ona millətçi rəng vermək cəhdləri qəbuledilməzdir” deyən nazir müavininin narahatlığı da əbəs yerə deyil. İlan vuran ala çatıdan da qorxar, misalında nəinki nazir müavini, indi hər bir erməni mənsub olduğu xalqa qarşı antipatiyadan haqlı olaraq ehtiyat edir. Çünki, bütün dünya ictimaiyyətinin onlar tərəfindən törədilən cinayətlərdən, qətllərdən, soyqırımlarından, terror aktlarından və bu kimi mənfur əməllərindən xəbərdar olduğunu hər biri çox yaxşı bilir. Bilir ki, türkdilli xalqlara qarşı, ümumilikdə Türk millətinə qarşı ermənilərin apardıqları soyqırım siyasəti heç kim üçün sirr deyil və onlar bir gün bütün bunların hesabını vermək məcburiyyətindədirlər. Məhz bu günün yaxınlaşdığını hiss etməyin ermənilər üçün nə qədər dəhşətli olduğunu da təsəvvür etmək çətin deyil. Çünki, türklərə qarşı törətdikləri vəhşiliklərin, vandallıqların, soyuqırımların müqabilində əks təsirin nədən ibarət olacağını və hansı böyük gücdə olacağını çox gözəl dərk edirlər və məhz elə buna görə də hədsiz dərəcədə qorxurlar. Türk milləti, Türk dünyası dedikdə kürkünə birə düşən ermənilər Qazaxıstandakı hadisələrin təsirindən də məhz ona görə qaçmağa çalışırlar ki, bu hadisələr bütün Türk əsilliləri ayağa qaldıra bilər və bu da onların qorxuya düşdüyü həmin o hesab gününün yetişməsi deməkdir.
Ermənilər eyni milli mənsubiyyətə malik iki qardaş ölkəni və xalqı bir-birinə qarşı qoymaq niyyətindədirlər
"İşıqlı Ermənistan” Partiyasının rəhbəri Edmon Marukyan Qazaxıstandakı durumun həmvətənlərini narahat vəziyyətdə saxladığını və onların təhlükəsizliyini təhdid altında qoyduğunu bildirməklə kifayətlənmir. Populist siyasətçi baş verən cinayətin guya azərbaycanlıların günahı ucbatından törədildiyini və azərbaycanlıların millətlərarası mübahisəni alovlandırıb, onu antierməni aksiyasına çevirdiyini iddia edir. Maraqlıdır, azərbaycanlıların belə bir hadisədə marağı nə ola bilər və Marukyan dərk etmirmi ki, qazaxlar da Türk milli mənsubiyyətlidirlər və azərbaycanlılar Qazaxıstanın hər bir vətəndaşının qətlinin əleyhinədirlər?
Digər tərəfdən, Qazaxıstan, ələlxüsus, ölkə prezident Nursultan Nazarbayev Azərbaycanın mövqeyini müdafiə etdiyi təqdirdə azərbaycanlılar nəyə görə Qazaxıstanda qətl törətməli, yaxud buna maraqlı olmalıdır? Edmon Marukyanın timsalında bütün ermənilərə elə gəlmirmi ki, məhz bu səbəbdən, yəni, Qazaxıstan prezidentinin Azərbaycanın maraqlarından çıxış etməsi və müdafiə etməsi fonunda ermənilərin özlərinin belə bir qətli, belə bir qarışıqlığı yaratmaqda maraqlı olduğu əslində tam məntiqə uyğundur? Karaqandadakı hadisələr Qazaxıstan prezidentinin Azərbaycanın maraqlarını müdafiə etməsinin qarşılığı olaraq törədəildiyini dərk etmək heç də çətin deyil və görünür, indi bütün Ermənistan məhz elə bu səbəbdən təlaş içindədir.
Əbəs yerə deyil ki, Marukyan Ermənistan Xarici İşlər Nazirliyinin təcili olaraq Qazaxıstan səfirinin XİN-ə dəvət edilməsinin və Karaqanda şəhərində davam edən proseslərlə bağlı aydınlıq gətirilməsinin vacibliyini bildirir. Həmvətənlərinin haqlarının müdafiəsi üçün rəsmi Astananın hər şeyi etdiyinə əmin olmağa çalışan partiya rəhbəri bununla nə qədər narahat olduğunu, və həmin narahatlıqla şəxsən özü də bu işdə erməni əlinin olduğunu təsdiq edir. Eyni zamanda hadisələrin azərbaycanlılar tərəfindən törədildiyi iddia edildiyi zaman sözsüz ki, işin əsl mahiyyəti və erməni izi tam şəkildə aydın olur. Aydın olur ki, ermənilər yenə adəti üzrə törətdikləri cinayətlərini, ümuilikdə hərhansı bəd əməllərini yenə də azərbaycanlıların üstünə atmaq və nüfuzuna xələl gətirmək, hətta eyni milli mənsubiyyətə malik iki qardaş ölkəni və xalqı bir-birinə qarşı qoymaq niyyətindədirlər.
Karaqandadakı hadisələri Sumqayıt hadisələrinə bənzətmək istəyənlər əslində özlərini ifşa edirlər və təsdiq edirlər ki, Qazaxıstandakı da eyni ssenaridir
Ermənistan tərəfinin Qazaxıstan hadisələri ilə əlaqədar həddindən ziyadə canfəşanlığı əslində bir çox məqamlara aydınlıq gətirir. Məsələn, Ermənistana məxsus "1in.am” saytında dərc olunan "Qazaxıstan ermənilərinin həyəcan siqnalı və yaxud yeni "Sumqayıt”” başlıqlı məqalə erməni xislətini bir daha qabarıq şəkildə ortaya qoyur. Məqalədə guya azərbaycanlıların bir məişət problemini anti-erməni aksiyasına çevirməyə müvəffəq olduqları da yer alır. Məqalə müəllifi həyasızcasına iddia edir ki, baş verən insidentin arxasında qazax siyasi sisteminin konkret seqmentləri və Azərbaycan lobbisi durur və Karakandada "ikinci Sumqayıt”ın yaşana biləcəyi barədə fikirlər bildirir ki, bununla da yenə erməni simasızlığını, əks təbliğatını ifşa edir.
Sumqayıt hadisələri dedikdə ermənilər görəsən nəyi nəzəzrdə tuturlar? “Paşa” ləqəbli, erməni əsilli Qriqoryan Eduard Robertoviçin çirkin əməllərini, yoxsa, öz cinayətlərini başqalarının üzərinə atmaq siyasətini? Əvvəlcədən planlaşdırılmış və təşkil edilmiş Sumqayıt hadisələri erməni ssenarisi deyildimi və erməni əsilli Eduardın rəhbərlik etdiyi cinayətkar dəstə ermənilərdən təşkil edilməmişdimi? Hadisələrin məhz ermənilər tərəfindən, Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini sübut edən kifayət qədər faktlar var. Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən "qara plaşlı"şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar, Azərbaycan dilini isə təmiz biliblər və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayıblar.
Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib və erməni əsilli Qriqoryanın həmin dəstənin ən fəalı olması da şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri məhz erməni Qriqoryanın "payına düşür". Belə olan halda, Karaqandadakı hadiələri Sumqayıt hadisələrinə bənzətmək istəyən ermənilər əslində özlərini ifşa edirlər və təsdiq edirlər ki, Qazaxıstanda da buna bənzər ssenari hazırlayıblar. Görünür, qazaxların həyəcan siqnalı, etiraz aksiyaları, ermənilər barədə tələbləri məhz bu səbəbdəndir. Çünki, Qazaxıstan ictimaiyyəti də hamı kimi erməni xislətinə, simasızlığına bələddir və hər an onlara qarşı bəd əməllər törətməyə hazır olduqlarına və yekunda bunu onların, yaxud azərbaycanlıların üzərinə atmaq niyyətində olduqlarını bilirlər.
Ermənilər dünyanın diqqətini yayındırmaq və türkdilli xalqların soyqırımına köklənmiş fəaliyyətlərini gizlətmək niyyətindədirlər
Erməni xisləti və simasızlığı, törətdikləri terror aktları, soyqırımlar indiki zamanda, daha dəqiq desək informasiyanın daha əlverişli, asan şəkildə əldə edildiyi bir dövrdə heç kim üçün sirr olaraq qala bilməz. Ötən əsrin əvvəllərində törətdikləri vəhşiliklərdən tutmuş, Dağlıq Qarabağın işğalına, Xocalı faciəsinə qədər ermənilərin bütün terror əməlləri, separatçılıq və işğalçılıq siyasətini cidanı cuvalda gizlətmək olmadığı kimi gizlin saxlamaq sona qədər mümkün deyil və bunu özləri də çox yaxşı başa düşürlər. Məhz elə Qazaxıstanda baş verən hadisələrə də don geyindirməkdə məqsədləri bütün dünyanın diqqətini yayındırmaq və tarixi faktların, bütün türkdilli xalqların soyqırımına köklənmiş fəaliyyətlərinə kölgə salmaq niyyətindən başqa bir şey deyil.
Ötən əsrin əvvəllərində, daha dəqiq desək, 1918-ci ildə Daşnaqsütun partiyasının əmri altında olan erməni silahlı dəstələrinin Azərbaycan ərazisində törətdikləri vəhşiliklər, vandallıqlar, terror aktları faktlarla sübuta yetirilib və bunu bütün dünya ictimaiyyəti artıq çox gözəl bilir. Bakıda, Şamaxıda, Qubada, Gəncədə və digər bölgələrdə erməni silahlıları tərəfindən həmin dövrdə törədilən cinayətlər barədə tutarlı faktlar və sübutlar var. Təkcə Qubada olan məzarlıq və həmin məzarlıqda vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların faciəsi belə fakt və sübut kimi yetərlidir.
Keçən əsrin sonlarında da ermənilərə məxsus soyğunçuluq, işğalçılıq, vandallıq, separatçılıq siyasəti özünü biruzə verdi. Dağlıq Qarabağın işğalı, həmin ərazilərdə törədilən cinayətlər bu siyasətin nəticəsi kimi yaddaşlara həkk olundu. Azərbaycana məxsus torpaqlar indi özlərini aydan arı, sudan duru kimi qələmə verən ermənilər, erməni silahlıları tərəfindən zəbt olundu və yerli əhaliyə qarşı amansız qətllər törədildi. Bir milyondan artıq insan yurdundan, yuvasından didərgin salındı və məcburi köçkün kimi yaşamaq məcburiyyətində qaldı ki, bunun da səbəbkarı məhz ermənilərin işğalçılıq siyasəti və erməni işğalçılarının özləridir. Təkcə Xocalı faciəsi, insanlıq dramına imza atan erməni xislətini aşkara çıxarmaq üçün yetərlidir və simasızlığını tam şəkildə ortaya qoyur. İndi ermənilər Qazaxıstandakı hadisələrə nə qədər don geyindirməyə çalışsalar da, bu işdə erməni təxribatının olmadığını nə qədər iddia etsələr də buna nail olacaqlarına heç özləri də inanmırlar. Elə Karaqandadakı hadisələrə görə təşvişə düşmələri də bu mənada başadüşüləndir və bu dəfə törətmək istədikləri təxribatların özlərinə yönələcəyindən, onların əleyhində olacağından çox qorxurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB