Karaqanda hadisələri: yenə erməni barmağı - VİDEO

Karaqanda hadisələri: yenə erməni barmağı - VİDEO

Bu ilin ilk günündə Qazaxıstanın ən böyük vilayətlərindən olan Karaqandanın mərkəzi şəhərində ermənilərə aid "Qədim Roma" restoranında baş verən hadisələr postsovet məkanında daşları yerindən oynatdı, desək yanılmarıq. İlk baxışda hadisə adi cinayət hadisələrindən biri kimi qəbul edilə bilər. Amma hadisənin millətlərarası münaqişə zəminində baş verdiyini, 30 nəfərdən ibarət erməni qatillərinin qazax millətindən olan 3 gəncin üzərinə düşməsi, birinin kəsici-deşici alətlərlə öldürülməsi, digər ikisinin ölümcül yaralanması adi hadisə sayıla bılməz. Həmin gənclər məhz qazax olduqları üçün oldürülüblər, bunu hər kəs bilir. Hadisədən sonra ermənilərin qatillərə haqq qazandırması, mitinqlərə qoşulmamaları artıq onları ifşa edir.

Yerli qəzetlərin yazdığına görə, əslində yerli qazaxlarla ermənilər arasında münasibətlər xeyli müddət idi ki, gərginləşmişdi. 1930-cu illərdə Karaqanda vilayətinə rəhbərlik etmiş erməni Mikoyanın adının şəhərin mərkəzi küçəsindən götürülməsi ermənilərdə narahatlıq yaratmışdı. Ölkə rəhbəri Nursultan Nazarbayevin KTMT və AvrAsiya İttifaqında Ermənistanla baş-başa gəlməsini, qardaş ölkənin işğalçı ermənilərin oyunlarını bu təşkilatda ifşa etməsini erməni liderlər həzm edə bilmirdilər. Qazaxıstanda vəziyyəti gərginləşdirmək üçün məqan axtarırdılar.

Sovet hökumətinin son akkordlarını vurduğu bir dönəmdə - 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində yerli ermənilərlə covet "KQB"-sinin birgə təşkil etdiyi vandalizmi heç kim unutmayıb. Şəhərdə baş verən vəhşiliklər çox ustalıqla azərbaycanlıların ayağına yazıldı, aksiyanın təşkilatçıları - ermənilər sudan quru çıxdılar, azərbaycanlı gənclər isə qatil elan edildi, həbsxanalara salındı. Ən dəhşətlisi isə azərbaycanlılar günahsız ola-ola günahkar çıxarıldılar. Eyni ssenarini qardaş qazaxların da başına gətirməyə cəhdlər var. Burada da yenə erməni əli, erməni barmağı var.

SİA Qazaxıstanın Karaqanda şəhərində baş verən hadisələrərin xronologiyasını təqdim edir. Hadisə necə və kimin günahı ucbatından baş verib?

Bütün xəbərlər Facebook səhifəmizdə