Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb
Yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər, 1991-ci il təvəllüdlü Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərin vəziyyəti ağırdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, Ü. Hüseynov 2010-cu ilin yanvar ayında Qaradağ Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB