"Türkiyə Suriya vətəndaşlarını qorumaq üçün addımlar atır" Prezidentin sözçüsü

"Türkiyə Suriya vətəndaşlarını qorumaq üçün addımlar atır" Prezidentin sözçüsü

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla Suriya mövzusunda keçirdiyi danışıqların nəticəsi barədə açıqlama verib. Kalının sözlərinə görə, terrorçular Suriyadakı ABŞ qoşunlarının çıxarılması prosesindən istifadə etməməlidirlər.

"Türkiyə və ABŞ terrorçulara, o cümlədən PKK-nın Suriya qanadı YPG-yə Suriyadakı Amerika qoşunlarının çıxarılmasından faydalanmağa imkan verməməlidir", deyə o bildirib.

SİA "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, Ərdoğanın sözçüsü qeyd edib ki, Türkiyə etnik kürdlər də daxil olmaqla Suriya vətəndaşlarını qorumaq üçün addımlar atmağa davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə