Aydın Mirzəzadə: “Sergey Ohanyanın bəyanatları “Şir və küçük” təmsilində küçüyün filə hürməsinə bənzəyir” - RƏY

Aydın Mirzəzadə: “Sergey Ohanyanın bəyanatları “Şir və küçük” təmsilində küçüyün filə hürməsinə bənzəyir” - RƏY

Ermənistanın hərbi gücünün nümayişi ucuz təbliğat üsullarından başqa bir şey deyil. "Dağlıq Qarabağ" adlı bir subyekt yoxdur. Yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazisi anlayışı var. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə separatçı "Dağlıq Qarabağ"ın "müdafiə naziri" Sergey Ohanyanın son zamanlar səsləndiriyi bəyanatına münasibət bildirərkən deyib. O, qeyd edib ki, qeyd olunan ərazidə olan hərbi hissələrin komandirinin Azərbaycana meydan oxuması Krılovun "Şir və küçük" təmsilində küçüyün filə hürməsi və sonradan özünün həmcinsləri qarşısında "mən fili qovdum" deyə fəxr etməsinə bənzəyir: "Nəinki, Dağlıq Qarabağda yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri, ümumiyyətlə, Ermənistan hərbi birləşmələri bu gün çox acınacaqlı vəziyyətdədir. İllik büdcəsi 400 milyon dollar olan, fərarilik baş alıb gedən, əhalinin etimad göstərmədiyi, zabitlərin ordudan qaçmaq üçün min cür fürsətdən istifadə etdiyi qurum 2.5 mlrd dollar büdcəsi, güclü hərbi kontingenti, müasir texnikası və ən əsası torpağını işğaldan azad etmək arzusuyla yanan əsgəri olan Azərbaycan ordunun qarşısında heç bir zaman duruş gətirə bilməz".

 

Millət vəkili vurğulayıb ki, rəsmi Bakı Ermənistan ordusu tərəfindən işğal edilən Azərbaycan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır. Eyni zamandan hərb variantıda istisna deyil. Çünki hazırda gündəmdə duran əsas aktual məsələlərin biri də müharibədir: "Azərbaycan Ordusu qısa bir zamanda işğalda olan torpaqları azad etməyə hazırdır. Ordumuz Alı Baş Komandanın əmrini gözləyir. Bu gün müharibə, hərb variantı heç də istisna deyil və gündəlikdə çox aktual şəkildə durur. Azərbaycan qısa zaman kəsiyində işğalda olan torpaqları azad etmək üçün bütün vasitələrdən, eyni zamanda diplomatik danışıqlar, xarici ölkələrin vasitəçilik missiyasından hərtərəfli istifadə edir və edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə