Egemen Bağış: “Türkiyə artıq Avropa İttifaqının qapısında mərhəmət gözləyən vaxtlarını geridə qoyub”

Egemen Bağış: “Türkiyə artıq Avropa İttifaqının qapısında mərhəmət gözləyən vaxtlarını geridə qoyub”
Dövlət naziri Egemen Bağış Türkiyəni öz ağlından istifadə etməyə çağırıb. SİA-nın məlumatına görə, nazir Türkiyənin beynəlxalq aləmdə önəmli rol oynadığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, Türkiyə artıq Avropa İttifaqının (Aİ) qapısında mərhəmət gözləyən vaxtlarını geridə qoyub: "Türkiyə artıq Avropa İttifaqından mərhəmət gözləmir. Ölkəmiz bu problemləri çoxdan aşıb. Artıq biz kiminsə hədəflərinə doğru deyil, öz hədəflərimizə doğru sürətlə irəliləyən ölkəyik".

Xarici işlər naziri Əhməd Davudoğlu, nazir Egemen Bağış və ədalət naziri Sədullah Yetkinin iştirakı ilə Üçüncü Səfirlər Konfransı çərçivəsində "Aİ -na üzvlük müddətinin beşinci ilində bir balans: Müzakirələr və islahat müddəti" mövzusunda iclas keçirilib. Egemen Bağış nitqinə məşhur filosof Kantın "Aydınlığa çıxmaq insanın öz ağlını istifadə etməyə cürət etməsidir" fikirləri ilə başlayaraq bildirib ki, Türkiyə öz ağlından birmənalı şəkildə istifadə etməlidir: "Türkiyə bu gün, sahib olduğu dinamizm və potensialla Avropa qitəsinin gələcəyini istiqamətləndirməyə başlayan bir ölkə halına gəlib. Eyni zamanda, Türkiyə artıq Aİ-nin olmazsa olmazlarındandır".

Nazir onu da qeyd edib ki, Türkiyənin gerçək Aİ gündəmi demokratiya, azadlıq və insan haqqlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə