Rusiya rəsmilərinin bildirdyinə görə, bu gün Dağıstan respublikasında hüquq-mühafizə orqanları işçiləri ilə qarşıdurma zamanı 4 nəfər şübhəli yaraqlı öldürülüb. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, atışma zamanı üç milis zabitinin yaralandığı deyilir. Rusiyanın xəbər agentlikləri hadisənin Xasavyurt şəhərində baş verdiyini, hüquq-mühafizə işçilərinin bir binanı mühasirəyə aldıqlarını və şübhəlilərin qaçmaq istədikləri vaxt öldürüldüyünü bildirirlər. Bu insident Dağıstanın paytaxtı Mahaçqalada baş verən qarşıdurma zamanı iki şübhəlinin öldürülməsindən bir gün sonraya təsadüf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB