ABŞ və KXDR təmsilçiləri Donald Trampıa Kim Çen In arasında keçirilməsi planlaşdırılan ikinci görüşün Hanoyda baş tutması ətrafında müzakirələr aparırlar. SİA xəbər verir ki, Amerika mətbuatı bu barədə Cənubi Koreyanın Munhwa IIbo qəzetinə istinadən yazırlar. Qeyd olunur ki, Hanoyla yanaşı, Vaşinqton tərəfi ilə şimali koreyalılar İndoneziya, Monqolustan, Havay adaları, eləcə də Cənubi Koreya ilə Şimali Koreya arasındakı Pxanmuncom sərhəd məntəqəsini də görüşün keçirilməsi üçün münbit yer hesab edirlər və müzakirələrini aparırlar.
Xatırladaq ki, Tramp ötən gün bəyan etmişdi ki, KXDR ilə ikinci sammitin keçirilməsi istiqamətində danışıqlar davam etdirilir.
Birinci sammit isə ötən il iyunun 12-də Sinqapurda baş tutmuşdu. Həmin vaxt tərəflər birgə bəyanatlarla çıxış edərək, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda təhlükəsizliyin təminatı üçün səy göstərəcəklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB