Çin 3 min illik yanacaq ehtiyacını ödəyəcək texnologiya hazırlayıb
Çin Xalq Respublikasında istifadə olunmuş nüvə yanacağını yenidən hazır vəziyyətə gətirəcək texnologiya hazırlanıb. SİA-nın xəbərinə görə, istifadə olunmuş nüvə yanacağının yenidən işlənməsi texnikasının Qobi çölündəki Çin Milli Nüvə Qurumunda testdən keçirildiyi bildirilir. Yeni texnologiya sayəsində nüvə təsislərində istifadə olunan yanacaq təmizlənərək bəzi kimyəvi prosedurlardan keçiriləcək və yenidən atom elektrik stansiyalarında istifadə edilə biləcəkdir.
Bu texnologiya sayəsində Çindəki nüvə yanacağı probleminin həll olunacağı gözlənilir. Beləliklə, Çindəki mövcud uran mənbələri nəzərə alınmaqla, ölkənin 3 min illik ehtiyacı ödəniləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB