Sınaq müddəti uğurla keçib

Türkiyə, silahlı qüvvələrinin ehtiyaclarını daxili imkanlar hesabına qarşılamaq üçün cürətlə irəli gedir. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, bu yolda görülən vacib məsələlərdən biri də pilotsuz təyyarələrin istehsalıdır.

20 ildir Türk silahlı qüvvələri tərəfindən istifadə edilən pilotsuz təyyarə artıq Türkiyədə istehsal olunur. Sınaq müddəti uğurla keçən təyyarənin istehsalı üçün, müqavilə imzalanıb.

Tədbirdə cıxış edən müdafiə naziri Vecdi Könül, türk mühəndislərinin arzularının gerçəkləşdiyini bildirib. Müdafiə naziri "pilotsuz təyyarə ilə bağli xaricdən asılılığımız sona çatdı" deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə