Türkiyədən 2 milyon dollarlıq yardım

Türkiyədən 2 milyon dollarlıq yardım

Türkiyә qida problemilә üz- üzə qalan Nigeriya və Çada 2 milyon dollarlıq yardım vәsaiti göndәrib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ölkənin Xarici İşlәr Nazirliyinin yaydığı mәlumatda bildirilir ki, Türkiyә quraqlıq fәlakәti ilə baglı ciddi qida problemi yaşayan Nigeriya və Çada verilmәk üzrә tәcili әlavә yardıma ehtiyacı olan BMT Dünya Qida Proqramına 2 milyon dollar yardım edib.

Açıqlamada müxtәlif sәbәblәrlә tәcili humanitar yardıma ehtiyac duyan ölkәlәrә edilәn yardımların hәm ikitәrәfli, hәm dә tәşkilatlar vasitәsilә davam etdirilәcәyinә diqqәt çәkilib

Bütün xəbərlər Facebook səhifəmizdə