Hindistanda hökm edən soyuq hava şəraiti hələ də davam edir. SİA-nın məlumatına görə, dondurucu şaxtalar bir gecədə 5 nəfərin ölümünə səbəb olub.
Himalay dağlarından gələn dağıdıcı küləyin səbəb olduğu soyuq havalar ən çox Uttar Paradeş əyalətinə ziyan vurub. Hindistanın ən kasıb əyaləti olan Uttar-Paradeşin 180 milyonluq əhalisinin 40 faizi evsizdir. Əyalət rəsmisi soyuqların vəziyyəti getdikcə gərginləşdirdiyini deyib. O bildirib ki, bir gecədə 5 adamı donduran soyuqlar 2 həftədə 41 nəfərin ölümünə səbəb olub.
Bununla yanaşı, Hindistanın paytaxtı Yeni Delhidə də vəziyyət ürəkaçan deyil. Polis səlahiyyətliləri küçələrdə yaşayanların sığınma evlərinə yerləşdirilməsi ilə bağlı göstəriş verib. Bütün bunlara baxmayaraq, şəhərin küçələrində yaşayan 10 ailə soyuqdan donaraq ölüb.
Qeyd edək ki, paytaxtın təhsil naziri Arvinder Sinq Loveli havaların soyuq keçməsi ilə əlaqədar bütün məktəblərdə bir həftəlik tətil elan edilməsi ilə bağlı təlimat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB