Xarici işlər nazirlərinin görüşü keçirilib

Xarici işlər nazirlərinin görüşü keçirilib
Müvəqqəti olaraq İranın xarici işlər nazirinin vəzifəsini icra edən Əli Əkbər Salehi İraqa səfər edib. SİA-nın məlumatına görə, səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Bağdadda İraqın xarici işlər naziri Hoşyar Zəbari ilə görüşdükdən sonra jurnalistlərə açıqlama verən Salehi bildirib kik, İranla İraq arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni tədbirlər planı hazırlanır.

Zəbari isə qonşu ölkələrə hücum edən silahlı qrupların İraqda məskunlaşması məsələsi ilə bağlı danışaraq bunun qadağan olduğunu nəzərə çatdırıb: "İraqdan heç kim qonşu ölkələrə hücum etmək üçün istifadə edə bilməz. İraq konstitusiyası da bunu qəti qadağan edir. Ölkə torpaqlarında bu cür məqsədlərlə məskunlaşmaq yolverilməzdir. Bu cür hadisələrin artıq qarşısı alınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə