Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi: “Komitədə ailə, qadın, uşaq problemləri ilə bağlı qanun layihələri hazırlanır”- AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi: “Komitədə ailə, qadın, uşaq problemləri ilə bağlı qanun layihələri hazırlanır”- AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) öz üzərinə düşən vəzifələri 2011-ci ildə də uğurla davam etdirmək niyyətindədir. Belə ki, bu il müddətində komitə tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək, maarifləndirmə işləri aparılacaq. Bu barədə SİA-ya Komitənin mətbuat xidmətindən Lətafət Tağızadə məlumat verib. O bildirilib ki, hər il olduğu kimi bu ildə də 15 May - Ailə Günü ərəfəsində qurum tərəfindən Azərbaycanın hər bir rayonunu əhatə edən tədbirlər və yekun olaraq ailə bayramının keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Ailə günü ilə əlaqədar həmçinin "Azərbaycan ailəsi" adlı film müsabiqəsi də keçiriləcək. Azərbaycan ailəsinə həsr olunan ən yaxşı film sonda Komitə tərəfindən mükafatlandırılacaq.

L.Tağızadə söyləyib ki, bundan əlavə, yeni ildə Komitə tərəfindən məişət zorakılığının qarşısınının alınması haqda qanun layihəsi ilə əlaqədar regionlarda konfranslar keçiriləcək: "Bu il həmçinin regionlarda və paytaxtda insan hüquqlarının qorunması sahəsində maarifləndirici kampaniyalar təşkil olunacaq. Bilirsiniz ki, ötən il komitə tərəfindən paytaxtda Uşaqların I Forumu keçirilib. Həmin işi davam etdirərək AQUPDK bu il də Uşaqların II Respublika Forumunu keçirməyi planlaşdırır. Hazırda komitədə ailə, qadın, uşaq problemləri ilə bağlı qanunvericilik işləri ilə əlaqədar layihələrin hazırlanması prosesinə başlanılıb. Layihələr tam hazırlandıqdan sonra Milli Məclisə təqdim ediləcək".

O qeyd edib ki, 2011-ci ildə komitənin nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin sayı artırılacaq. Onun sözlərinə görə bu iş xüsusəndə regionlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə