Tramp-In görüşü dalana dirənib

ABŞ administrasiyası iki dövlət arasında danışıqların dalana dirənməsinə baxmayaraq “Ağ Ev”in sahibi Donald Trampla Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In arasında keçirilməsi nəzərdə tutulan ikinci görüş üçün müxtəlif ölkələrdə potensial yerləri fəal araşdırmağa başlayıb. SİA bu barədə CNN-ə istinadən xəbər verir.

Mənbədə qeyd olunur ki, iki liderin görüşü ilə bağlı məkanın seçilməsi prosesinə Trampın çərşənbə günü həmkarı ilə görüşünün “çox uzaq gələcəkdə” olduğunu söyləməsindən əvvəl başlanılıb.

Qeyd edək ki, Vaşinqton Cənubi Koreyanın təmsilçiləri ilə məsləhətləşməmişdən öncə görüşün istənilən Asiya ölkələrində keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutmasına üstünlük verəcəyini açıqlamışdı.

KXDR isə iki liderin növbəti görüşünün Pxenyanda keçiriləcəyini qeyd etmişdi.

Zirvə üçün mümkün olan yerlər arasında Vyetnam, İndoneziya, Monqolustan, Havay və digərləri var.

CNN zirvə görüşü ilə bağlı planlamanın çox erkən mərhələdə olduğunu və bu prosesin bir neçə ay çəkə biləcəyini vurğulayır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə