Anna Akpoyanın xarici səfərləri hansı vəsaitlər heasabına baş tutur? Galatv.am
“Mülki aviasiyanın rəhbəri Tatevik Revazyan üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına bahalı avtomobil alınıb”. SİA xəbər verir ki, bu barədə Ermənistanın rusdilli galatv.am saytında “Nikol Paşinyanın “serjləşməsi” üçün kart-blanş” başlığı ilə dərc olunmuş məqalədə qeyd edilib.
Bildirilib ki, gənc qıza alınmış “Toyota Camary” avtomobilinin dövlət büdcəsindən əldə edilməsi ilə bağlı həmin xəbərin altından sərt fikirlər yazılıb. İnsanların çoxu bunu dövlət büdcəsinə şəxsi əmlak kimi yanaşma olaraq qiymətləndirib.
Bununla yanaşı, sözügedən yazıda bildirilir ki, Nikol Paşinyanın arvadı Anna Akopyanın dövlət məmuru olmadığı, eləcə də ictimai funksiyaları icra etmədiyi halda özünün İsveçrəyə işgüzar səfəri ilə bağlı elan verir: “Çox məntiqli suallar yaranır, Anna Akpoyanın xarici səfərləri hansı vəsaitlər heasabına baş tutur və o, dəqiq hesabat verərək xərclənən vəsaitlərin haradan əldə edildiyini təqdim edirmi? Bu kimi ədalətli suallar ictimaiyyətin müəyyən kəsimi tərəfindən səslənərkən, fərqli cavablar da olur, “Yaxşı edib. Kimin nəyinə lazımdır?”. Anna Akopyan kimin qarşısında hesabat verirsən, necə hesab edirsənsə, elə də et”. “Nə oldu, Serjin pullarını saymırdınız, yoxsa ki, onun sizi necə talan etməyi xoşunuzamı gəlirdi?". Və bütün cavablar bu xüsusiyyətdə”.
Məqalədə bildirilir ki, məhz bu yollarla ictimaiyyətin böyük hissəsi mövcud hakimiyyətə sərhədsiz azadlıq verir: “Bu, Nikol Paşinyanın “serjləşməsi” üçün kart-blaşdır ki, vətəndaşlar könüllü olaraq ona və komandasına təqdim edir, bununla da inqilab ideyasını qiymətdən salır. Nəyə görə Paşinyana hər şeyi edə bilmək “mükafatı” verilir?”.
Bununla da ötən ilin aprelində “məxməri inqilab” adı altında baş vermiş çevrilişin bir şəxsə deyil, korrupsiyaya, ədalətsizliyə qarşı edildiyini xatırladan müəllif yazır ki, əgər belə davam edərsə, Paşinyan və komandasına təqdim edilən bənzər “mükafatlar” dəhşətli nəticələrə gətirib-çıxara bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB