ABŞ qoşunları artıq Suriyanı tərk edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Maykl Pompey açıqlayıb.
Pompey vurğulayıb ki, Birləşmiş Ştatlar "Rusiyanı qadağan edən İslam Dövlət terrorçu qrupuna qarşı kampaniyanı davam etdirəcək" və "Yaxın Şərqdə sabitliyin təmin edilməsi” üçün maksimum səy göstərəcək.
Bununla yanaşı dövlət katibi söyləyib ki, ABŞ “anti İran kampaniyasını davam etdirəcək” .
“ Biz bu tapşırıqlarla məşğul olacaq və nəticə əldə etməyə davam edəcəyik. Amma biz bunlarla ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra məşğul olacağıq”, - deyə dövlət katibi qeyd edib.
Dövlət katibi Suriyada dini azlıqların təhlükəsizliyinin təmin olunmasının, Türkiyə və Kürd qüvvələri arasında qarşıdurmaların qarşısının alınmasının vacibliyini qeyd edib: “Bütün bu vəzifələr hələ də Amerika missiyasının tərkib hissəsidir”, - deyə M. Pompey bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB