“AXCP və Müsavatın əsas maliyyə qaynağı xaricdən alınır” RƏY-ÖZƏL
“Müxalifətin birlik modelinin ortaya qoya bilməməsinin səbəbini elə müxalifətin içində axtarmaq lazımdır”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.
Onun sözlərinə görə, yəni müxalifətçiliyin başladığı 1993-cü ildən bəri AXCP və Müsavat partiyaları özlərinin təşəbbüsü olmadan çağırılmış hər hansı bir müxalifət toplantısına qatılmayıblar: “Səbəb isə ondan ibarətdir ki, bu iki partiya özlərini müxalifətin aparıcı “ana partiyaları” hesab edirlər. Adları çəkilən bu partiyalar hesab edirlər ki, bunların təşkilatçılığı olmayan hər hansı bir müxalifət partiyalarının toplantısı bunların ziyanına işləyə bilər, yəni onların “liderlik” ambisiyalarına kölgə sala bilər. İsgəndər Həmidovun təşəbbüsü ilə çağırılan müxalifətin “zirvə toplantısı”nda bu iki partiyanın iştirak etməməsinin başlıca səbəbi budur. Bir sözlə, nə qədər ki, müxalifət daxilində mənəm-mənəmlik və ana müxalifət partiyası olmaq arzusu olacaqsa, müxalifətin birləşməsi mümkün olmayacaq. AXCP və Müsavat partiyalarının bir-birinə güzəştə getməməsi onların şəxsi ambisiyaları ilə bağlıdır. Hər kəs də bilir ki, AXCP və Müsavatın əsas maliyyə qaynağı xaricdən alınan maliyyə vəsaitləridir. Yəni öndə gedən partiyanın daha çox maliyyələşmə ehtimalı var. Ona görə də, müxalifət daxilində bu iki partiya biri digərindən öndə olmaq və xaricdən gələn maliyyənin əsas hissəsini özlərinə cəlb etmək məqsədləri var. Ümumiyyətlə, müxalifətin hakimiyyətə gəlmək şansı tamamilə yoxdur. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da yerdə qalır müxalifət daxilində liderlik uğurunda mübarizəyə. Yəni müxalifət daxilində liderlik istəyini saxlamaq üçün bir-biri ilə mübarizə aparırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB