ABŞ Əfqanıstanda hərbçilərinin sayını yarıya endirir

ABŞ Əfqanıstanda hərbçilərinin sayını yarıya endirir

ABŞ Əfqanıstanda hərbi varlığını iki dəfə azaltmağı planlaşdırır, lakin "Taliban" və İŞİD terrorçusuna qarşı zərbə ilə reaksiya verəcək xüsusi qüvvələrini bu ölkədə saxlamaq niyyətindədir. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

ABŞ Administrasiyasına yaxın mənbədən verilən məlumata görə, NATO-nun missiyasının Əfqanıstandakı komandanlığı general Ostin Skott Miller yaxın 8-12 ay müddətində Əfqanıstandan 7 min amerikalı hərbiçisini çıxarmağı planlaşdırır. Mənbənin verdiyi xəbərə görə, ABŞ xüsusi qüvvələrinin tətil qrupları Əfqanıstanda qalacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Wall Street Journal"ında qeyd olunan yazıda da bildirilmişdi ki, ABŞ administrasiyası 2001-ci ildən ABŞ hərbi birliyi tarixində ən uzun əməliyyatlar aparan Əfqanıstanda hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirir.

CNN isə "Ağ Ev"dəki mənbəyə istinadən, ABŞ-ın Əfqanıstanda hərbi kontingentini yarıya qədər, təxminən 7000 qoşun azaldılacağını yaymışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə