Aydın Mirzəzadə: "2010-cu il ildə əhali öz üzərində hansısa bir sosial problemlərin ağrısını hissi etmədi" - AÇIQLAMA

Aydın Mirzəzadə: "2010-cu il ildə əhali öz üzərində hansısa bir sosial problemlərin ağrısını hissi etmədi" - AÇIQLAMA

"2010-cu il ildə dünyada gedən maliyyə böhranın fəsadlarına baxmayaraq Azərbaycanda ümumi daxili məhsulun artımının şahidi olduq. Əhali öz üzərində hansısa bir sosial problemlərin ağrısını hissi etmədi. Manat maliyyə böhranın zərbələrinə tab gətirə bildi, hətta möhkəmləndi. Azərbaycanda bir sıra iqtisadi layihələr həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə 2010-cu ildə Azərbaycanın əldə etdiyi uğurların qısa nəticələri haqqında məlumat verərkən deyib. Ötən il ərzində Azərbaycanda siyasi sahədə insan hüquqlarının qorunması və anlayışının genişlənməsinin müsbət irəliləyişlərin əldə olduğunu deyən millət vəkili 2010-cu ildə keçirilən parlament seçkilərinə toxunub. O, qeyd edib ki, seçkilər demokratik, şəffaf, ədalətli şəkildə keçirildi və xalqın iradəsini əks etdirdi. Eyni zamanda ağrılı problem olan Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyi daha da möhkəmləndi: "Birmənalı demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli heç də uzaqda deyil".

 

Xarici siyasətə gəlincə A.Mirzazadə vurğulayıb ki, Azərbaycan kiçik və müstəqilliyini yenicə bərpa etmiş bir ölkə olmasına baxmayaraq artıq xaricdəki səfirliklərinin sayını 65-ə çatdırıb. Belə ki, səfirliklər kifayət qədər maddi texniki baza və hazırlıqlı kadrlarla təmin olunub. Ona görə də, Azərbaycan beynəlxalq aləmdə özünün maraqlarını təmin edə bilir: "Azərbaycanın həm dünya birliyinin bir hissəsi, həm də ayrı bir dövlət kimi götürsək, hər iki halda Azərbaycanda inkişafın getdiyi, qarşıya qoyulan məqsədlərin inamla, qətiyyətlə nail olunduğunu görərik. Azərbaycan da dünyada gedən proseslərin bir hissəsidir. Bu proseslər Azərbaycana təsir edir. Bununla belə, aparılan həm daxili, həm də xarici siyasət nəticəsində dünyaya inteqrasiyanın müsbət amillərindən maksimum istifadə etməyə, neqativ hallardan isə maksimum uzaqlaşmağa şərait yaradır".

 

İqtisadi sferada əldə olunan uğurlara gəlincə millət vəkili Azərbaycanın iqtisadi inkişafının özünün təbii ehtiyatlarına söykəndiyi və hüquqi, demokratik dövlətin olduğunu söyləyib: "Bütün bu amillər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlanan bir yoldur və bu yol inamla davam etdirilir. Ümumən 1993-ci ildən başlayan proseslərin 2010-cu ildə getdiyini və sonrakı illərdə davam edəcəyini deyə bilərik. Yəni proses 2010-cu ilin içərisindən keçərək özünün müsbət nəticələrini verir".

Bütün xəbərlər Facebook səhifəmizdə