Tramp Kim Çen Inla görüşü səbrsizliklə gözləyir

Tramp Kim Çen Inla görüşü səbrsizliklə gözləyir

ABŞ prezidenti Donald Tramp Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, Kim Çen İnlə keçiriləcək növbəti görüşü səbrsizliklə gözlədiyini açıqlayıb. SİA-nın xəbərinə görə bu barədə ABŞ lideri bu barədə öz Twitter hesabında qeyd edib. "Mən Şimali Koreyanın böyük bir iqtisadi potensiala sahib olduğunu yaxşı başa düşən Kim Çen İnlə görüşü səbrsizliklə gözləyirəm", -deyə ABŞ prezidenti həmkarının görüşlə bağlı razılığına cavab olaraq qeyd edib. Qeyd edək ki, liderlərin ilk görüşü ötən ilin iyulun 2-də Sinqapurda baş tutmuşdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə