Gülər Əhmədova: “Uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı qanun layihəsi hazırlanacaq” - AÇIQLAMA
"Elə düşünürdük ki, uşaqlarla bağlı həyata keçirilən layihələr "Uşaq ili"ndən sonra daha yeni impulslarla davam edəcək. Əksinə, gözlədiklərimiz baş vermədi". Bu sözləri Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova SİA-ya açıqlamasında deyib. O bildirib ki, bəlkə də bu işlər hardasa həyata keçirilir, lakin mətbuatda az yayımlandığından o işlərdən xəbərimiz yoxdur: "Necə ki, ailədə uşağın tərbiyəsində ata, ana, nənə, baba bir çox hallarda dayılardan əmilərə qədər hamı iştirak edir. Dövlət də bir ailə olduğundan dövlətin hər bir qurumu uşalarla bağlı işlərdə yaxından iştirak etməlidir. Bu işlərlə təkcə bir qurum məşğul olmamalıdır. Hətta, Kənd Təsərrüfatı Nazirliyi belə uşaqlar haqqında düşünməli, öz fəaliyyətində uşaqları prioritet sahə kimi görməlidir. Dünyanın inkişaf etmiş ölkələrində də belə bir praktika var".
G.Əhmədova söyləyib ki, ölkədə hər bir qurum öz inkişaf strategiyasında uşaqları da nəzərə almalıdır: "Bunun necə baş verəcəyini və hansı nazirlik tərəfindən marağa səbəb olacağını bilmirəm. Amma həm Müdafiə, həm Kənd Təsərrüfatı, həm digər nazirliklərin hər biri üçün uşaqlarla bağlı işləri dövlət əhəmiyyətli olmalıdır".
"Millət vəkili olaraq uşaqlarla bağlı hər hansı bir təklif irəli sürəcəksinizmi" sualını cavablandıran G.Əhmədova uşaqlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı qanun layihəsinin hazırlanması təklifini irəli sürdüyünü qeyd edib. Millət vəkili ümid edir ki, layihənin hazırlanmasına Milli Məclisin yaz sessiyasında başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB