Millət vəkili: “2011-ci ildən Azərbaycanın bugünkü inkişafının davamını gözləyirik”- AÇIQLAMA
"2011-ci ildən Azərbaycanın bugünkü inkişafının davamını gözləyirik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, ötən il ölkəmizdə insan, cəmiyyət həyatının bütün sahələri ilə bağlı həyata keçirilən layihələrin bu il də davam etdiriləcəyinə inanırıq: "Bunu deməyə əsasımız var. Çünki prezident İlham Əliyev hər bir vətəndaşın gələcəyini düşünən bir siyasət həyata keçirməkdədir. Gələcəyimizin daha parlaq, gözəl olacağına inamımız böyükdür. Bu inamla, düşüncə ilə 2011-ci ilə qədəm qoyduq. İnanırıq ki, yeni il hər kəsə düşərli olacaq. Eləcə də ildən-ilə çiçəklənən Azərbaycan bu il də inkişaf edəcək. Biz buna inanırıq".
Ötən ilin ölkəmiz üçün uğurlu olduğunu da xatırladan millət vəkilinin sözlərinə görə, 2010-cu ildə Azərbaycan hakimiyyəti elan etdiyi vəzifələrin yerinə yetirilməsi üçün mühüm addımlar atıb. Onun sözlərinə görə, ötən il sosial, iqtisadi ümumi sferada işlərin həyata keçirilməsi üçün lazımı fəaliyyət ortadadır: "Bütövlükdə 2010-cu ildə Azərbaycanı dünyanın mədəni, idman, humanitar, sivilizasiyalararası dialoq və digər sahələrdə mərkəzi saya bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB