Türkiyədə 1746 terrorçu zərərsizləşdirilib

Türkiyədə 1746 terrorçu zərərsizləşdirilib

Cari ildə Türkiyə daxilində aparılan antiterror əməliyyatları zamanı 1746 terrorçu zərərsizləşdirilib. SİA Türkiyənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, zərərsizləşdirilən şəxslərdən 107-si təhlükəli terrorçu kimi axtarışda olub. Bildirilir ki, il ərzində ölkə üzrə 147 min 562 təhlükəsizlik əməliyyatı keçirilib. Terrorçuluqda şübhəli bilinən 75 min 239 nəfər həbs olunub.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, aparılan qətiyyətli mübarizə nəticəsində PKK terror təşkilatı yaşayış yerlərindən təmizlənərək mağaralara sıxışdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə