Bəhruz Quliyev: "Rusiya Paşinyan hakimiyyətini legitim hesab etmir" - MÖVQE
"Ermənistanda Paşinyanın küçə mitinqlərinin davamı olaraq keçirilmiş saxtakarlıqla bol olan parlament seçkilərindən sonra hakimiyyəti əlində saxlamasına baxmayaraq, Yerevanın ənənəvi müttəfiqi olan Moskva onu legitim siyasi qüvvə kimi qəbu etmir. Bunu Paşinyanın Rusiyaya son səfərinin uğursuzluqla nəticələnməsi də isbatladı". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
Bəhruz Quliyev bildirib ki, Rusiya prezidenti Vladimir Putinin seçkidən sonra onun əvəzinə Robert Koçaryanı təbrik etməsi Moskvanın Paşinyan hakimiyyətinə olan münasibətinin göstəricisi idi: "Ermənistanda Rusiya əleyhinə mitinqlərin keçirilməsi, 102-ci bazanın çıxarılması ilə bağlı tələblərin irəli sürülməsi, mühüm geosiyasi məsələlərdə Yerevanın Moskvanın yanında olmaması iki ölkə arasında əlaqələri xeyli dərəcədə soyuqlaşdırmışdı. Bu səbəbdən də, Paşinyan seçkilərdən sonra Rusiyaya edəcəyi səfərlə iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini düşünürdü. Amma bu baş vermədi".
"Elə bu səbəbdən də, Paşinyan Moskvada olduğu vaxtda Putin Robert Koçaryana təbrik göndərdi və bununla da Rusiyanın və bu ölkənin dövlət başçısının Ermənistana, Ermənistan hakimiyyətinə və şəxsən Paşinyana münasibətini ifadə etmiş oldu" - deyən Bəhruz Quliyev əlavə edib ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətində razlaşmanın əldə olunmaması isə Moskvanın Paşinyana etdiyi siyasi səhvlərə görə verdiyi cəza idi: "Ümumiyyətlə, çox uğursuz keçən səfərin nəticələrindən pərt olan Paşinyan mətbuat konfransında da özünü itirdi, Ermənistanda keçirilmişseçkiləri gah vaxtından əvvəl, gah da vaxtında keçirilmiş seçki adlandırdı. Səfərin bütün detallarına diqqətlə baxış keçirdikdə və baş verənləri təhlil etdikdə tam aydn olur ki, Paşinyan Rusiya tərəfindən qəbul edilmir və Ermənistan dövləti, erməni xalqı Paşinyanın səhvlərinə görə hələ uzun müddət əziyyət çəkəcək. Eyni zamanda, dünyada da Ermənistanın baş nazirinin ciddi fiqur kimi qəbul edilməməsini Ermənistana olan neqativ münasibətin təzahürüdür. Bu cür münasibət isə Paşinyan hakimiyyətinin və Ermənistan dövlətinin perspektivilə bağlı neqativ hadisələrin baş verəcəyinə işarədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB