"Paşinyanın Rusiyaya səfəri nəticəsiz və utancverici olub" ÖZƏL-MÖVQE
“Baxmayaraq ki, Paşinyan dövlət rəhbəriyinə gəlib, amma heç də dövlət rəhbəri simasını özündə əks etdirmir. Paşinyan həm də təcrübəsiz və atacağı addımlarını özü müəyyənləşdirə bilməyən şəxsdir. Onun bu xüsusiyyətlərini Rusiyada da yaxşı bilirlər və heç də ciddi ölkə rəhbəri kimi qəbul etmirlər. Ona görə də Moskva səfəri çərçivəsində Dağlıq Qarabağla bağlı hər hansı bir addım ata biləcəyini və hər hansı bir dəyişiklik olacağını düşünmürəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, hətta Paşinyan Ermənistanın xarici siyasətini də müəyyənləşdirə bilmir: “Gah qərbyönümlü açıqlamalar verir, gah da Rusiyaya istəyini göstərmək istəyir. Putin də belə şeyləri xoşlamır və düşünürəm ki, Paşinyanı Moskvaya çağırmaqla onun başına ağıl qoymaq istəyir. Paşinyanın Rusiyaya səfəri uğursuz, nəticəsiz və utancverici olub. Yəni, Ermənistan Moskvanın istəyindən kənara çıxmamalıdır. Dağlıq Qarabağ probleminin həlli üçün isə ATƏT öz siyasətini dəyişməlidir. Yoxsa uzun illər boyu necə danışıqlar mövzusu olubsa yenə də eləcə də qalacaqdır. Bu illər ərzində münaqişə ilə bağlı əldə etdiyimiz uğurlara ordumuzun gücü ilə nail olmuşuq və düşünürəm ki, problemimizi ancaq öz gücümüzlə özümüz həll etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB