Türkiyə, Rusiya və İran prezidentlərinin sammitinin vaxtı bəlli oldu
Yanvarın əvvəlində Rusiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun rusiyalı həmkarı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.
Bildirilib ki, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında keçirilir.
M. Boqdanovun sözlərinə görə, sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən asılı olaraq, keçiriləcəyi nəzərədə tutulub.
Qeyd edək ki, bu formatda sonuncu görüş 2018-ci il sentyabrın 7-də keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB