Rusiya prezidenti Dmitri Medvedevin İsrailə planlaşdırılan səfəri təxirə salınıb. SİA-nın xəbərinə görə, səfərin təxirə salınmasına İsrail Xarici İşlər Nazirliyi əməkdaşlarının tətili səbəb olub. Hər iki tərəf bu ayın ortasına planlaşdırılan səfərin daha sonrakı tarixə qədər təxirə salınması məsələsində anlaşıb.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi əməkdaşları həmkarlar ittifaqı və işverənin maaş məsələsindəki anlaşmazlığı səbəbilə bazar günü tətil qərarı verib.
İsrail xarici işlər naziri Aviqdor Libermanın böyük əhəmiyyət verdiyi səfərin təxirə salınması səbəbilə nazirlik əməkdaşlarının üzvü olduğu həmkarlar ittifaqı təşkilatına qarşı mövqe tutduğu və həmkarların sanksiyaları davam etdiyi təqdirdə müzakirə aparmağa niyyətli olmadığı bildirilib.
XİN əməkdaşları isə Medvedevin səfəri ilə bağlı hazırlıqlara yardımçı olmağı qəbul etməyəcəklərini bildiriblər. İsrailli diplomatlar İsraildəki rusca yayımlanan media qurumlarına açıqlama verərək hər hansı diplomatik problemə səbəb olmamaq üçün səfərin daha sonrakı tarixə təxirə salındığını dilə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB