Qüdrət Həsənquliyev: “2011-ci ili Azərbaycanda təhsil sisteminin gücləndirilməsi, islahatların başlanğıcı ili kimi görmək istiyərdim” - AÇIQLAMA

Qüdrət Həsənquliyev: “2011-ci ili Azərbaycanda təhsil sisteminin gücləndirilməsi, islahatların başlanğıcı ili kimi görmək istiyərdim” - AÇIQLAMA

"Təəssüf ki, 2010-cu ildə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nailiyyətlər əldə olunmadı. Amma buna baxmayaraq cari ildə ölkəmizin iqtisadiyyatı daha da inkişaf etdi". Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev SİA-ya açıqlamasında deyib.

O bildirib ki, cari ildə həmçinin ölkənin strateji quruculuq işləri davam etdirilib, bir sıra infrastruktur layihələri həyata keçirilib.

Onun sözlərinə görə, ötən ilin ən uğurlu işləri məhz ilin sonunda həyata keçirilib: "İlin ən uğurlu işlərindən biri mənim deputat seçildiyim Naxçıvan Muxtar Respublikasına yeni təyyarələrin alınması və biletlərin qiymətlərinin aşağı salınması oldu. Bundan əlavə ötən ilin digər uğurlu və ən mühüm işi Bakı şəhərinə yeni su kəmərinin çəkilməsi olub. Bu layihə Bakıya sonuncu çəkilən Bak-Tbilisi-Ceyhan boru kəmərinə bərabər layihə idi. Bütün bunlara görə, ötən ili uğurlu hesab etmək olar".

2011-ci ildən gözləntilərə gəlincə, Q.Həsənquliyev bildirib ki, yeni ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real, ciddi addımlar atılmalıdır: "2011-ci ili Azərbaycanda təhsil sisteminin gücləndirilməsi, islahatların başlanğıcı ili kimi görmək istiyərdim. Azərbaycanın beynəlxalq əlaqələri ötən ildəki kimi bu il də davam edəcək. Amma hesab edirəm ki, xarici diplomatiyamız gücləndirilməlidir. Məncə Azərbaycana səfiriliklərlə daha çevik, yüksək səviyyədə, daha güclə işələməyi bacaran yeni kadrlar gətirilməlidir. Bu mənim şəxsi qənaətimdir. Məncə Xarici İşlər Nazirliyində müəyyən kadr islahatlarının aparılmasına böyük ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə