ABŞ-ın Azərbaycandakı yeni səfiri bu ay vəzifəsinin icrasına başlayacaq
Barak Obamanın Senatın təsdiqi ollmadan təyin etdiyi səfirlər Dövlət Departamentindəki məsləhətləşmələrdən sonra fəaliyyət göstərəcəkləri ölkələrə yollanacaqlar.
SİA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Filipp Krouli deyib. O, səfirlərin, böyük ehtimalla, bu ay vəzifələrinin icrasına başlayacaqlarını bildirib.
Məlumat verildiyi kimi, keçən il dekabrın 30-da Barak Obama Konqresin tətildə olduğu bir vaxtda səlahiyyətlərindən istifadə edərək Azərbaycan da daxil olmaqla altı ölkəyə səfir təyin edib. Prezidentin sərəncamına əsasən səfirlər Senatın təsdiqinə ehtiyac qalmadan vəzifələrinin icrasına başlaya biləcəklər. Lakin Senat Konqresin növbəti sessiyasının sonuna qədər (2011-ci ilin noyabr-dekabr ayları) səfirləri təsdiqləməsə, prezidentin sərəncamı öz qüvvəsini itirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB