Rusiya nəşri Paşinyanın boynuna “məxməri” deyil, rəngli inqilab qoydu FAKT

Rusiya nəşri Paşinyanın boynuna “məxməri” deyil, rəngli inqilab qoydu FAKT

Rusiyada nəşr edilən “Vedomosti” qəzeti “ilin siyasətçisi” sorğusunu keçirib və adıçəkilən qəzetin oxucuları bu məsələdə Nikol Paşinyanı seçiblər. SİA məsələ ilə bağlı araşdırma apararkən, maraqlı nüansı aşkarlayıb. Belə ki, Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan onu “ilin siyasətçisi” olaraq seçən “Vedomosti” qəzetinin sorğusuna cavab olaraq iddia edib ki, o güc yolu ilə rəngli inqilab deyil, “məxməri inqilab” edib və bu iki anlayışın arasında böyük fərqin olduğunu bildirib.

Lakin Paşinyan bu məsələdə gecikib. Belə ki, “Vedosomti” qəzeti artıq bu sorğusunun nəticələrini ictimailəşdirib və oxucuları Nikolun heç də “məxməri” deyil, məhz güc yolu ilə rəngli inqilab etdiyinə görə, onu “ilin siyasətçisi” kimi qiymətləndiriblər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə