ABŞ-ın Azərbaycan, Türkiyə, Çexiya və Suriyaya təyin etdiyi yeni səfirlər Dövlət Departamentində məsləhətləşmələrdən keçəcəklər
Keçən ilin sonunda ABŞ prezidenti Barak Obamanın Senatın təsdiqinə ehtiyac qalmadan Azərbaycan, Türkiyə, Çexiya və Suriyaya təyin etdiyi yeni səfirlər Dövlət Departamentində məsləhətləşmələrdən sonra təyin olunduqları ölkələrdə fəaliyyətə başlayacaqlar. SİA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Filipp Krouli məlumat verib. O bildirib ki, səfirlər vəzifələrinin icrasına başlamazdan öncə yaxın 1-2 həftə ərzində ABŞ-ın Dövlət Departamentində müəyyən olunan diplomatik məsləhətləşəmələrdən keçməlidirlər. Onun sözlərinə görə, səfirlər böyük ehtimalla vəzifələrinin icrasına bu ay başlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB