Donuz qripi 2 nəfərin ölümünə səbəb olaraq geri gəldi

Donuz qripi 2 nəfərin ölümünə səbəb olaraq geri gəldi
Almaniyada 2 nəfər donuz qripi xəstəliyinə yoluxaraq dünyasını dəyişib. SİA-nın məlumatına görə, xəstəxanaya gətirilən 3 yaşlı qız və 51 yaşlı bir kişinin qanında H1N1 virusu tapılıb. Vəziyyətləri ağırlaşan xəstələr müayinə üçün gecikdiyindən xəstəxanada ölüblər.

Hadisədən sonra çıxış edən Almaniyanın səhiyyə naziri Ulla Şmidt xəstəliyin təhlükəli olduğunu vurğulayaraq əhalini peyvənd olunmağa çağırıb. Nazir bildirib ki, əsasən 60 yaşdan yuxarı şəxslərin, hamilə qadınların və xroniki xəstəliyi olanların peyvənd olunması zəruridir.

Şmidt onu da qeyd edib ki, son ölümlər bu virusun zərərsiz olmadığını açıq-aşkar göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə