Yaxud, Emin Hüseynov qardaşının “dərdini” Xocalı qurbanlarından necə üstün tutur
Məlum olduğu kimi, insanlara böhtan atması ittihamı ilə 2 illik həbs cəzası alan bloger Mehman Hüseynov cəza çəkdiyi müəssisədə növbəti dəfə tələb olunan daxili qanunları pozaraq, müəssisə əməkdaşına qarşı güc tətbiq edib və onu döyüb. Bununla bağlı M.Hüseynova 10 günlük cəza təyin olunub və o da “müddətsiz aclıq” elan edib.
Arlem Dezir dərhal “narahat” oldu...
Maraqlıdır ki, M.Hüseynovun qardaşı, hazırda Avropada məskunlaşan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitu”nun direktoru Emin Hüseynov sözügedən məsələnin real təfərrüatlarına varmayaraq, öz köhnə ənənəsinə sadiqlik göstərərək, avropalı ağalarının qucağına pənah aparıb. M.Hüseynovun ona zəng edərək, cəzaçəkmə müəssisəsinin daxili qaydalarına əsasən cəzalandırıldığını deyən E.Hüseynov bu məsələdən öz siyasi dividentinə xal qazandırmağa cəhd göstərib. Əbəs deyil ki, onun bu müraciətinə ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Arlem Dezir dərhal reaksiya verib və “narahatlığını” ifadə edib.
Nədənsə, Mehman Hüseynov bir neçə günlük evə buraxılarkən, Dezir bu humanist addımı alqışladığını deməmişdi,...
Halbuki, M.Hüseynovun valideyni rəhmətə gedərkən, cəzaçəkmə müəssisəsi və müvafiq qurumlar onu bir neçə günlük azadlığa buraxmışdılar. Maraqlıdır ki, bu kimi humanist addım atılarkən, A.Dezir həmiun məsələni alqışladığını bəyan etməmişdi. Ancaq bir kiçik insident-özü də M.Hüseynov tərəfindən yaradılan insident baş verən kimi, dərhal “narahat” olduğunu bildirib. Məhz bu kimi amillər kiçik görünsə də, əslində bir daha bəzi Qərb qurumlarının tərkibindəki fərdlərin bənzər “narahatlıq” ifadələri istər-istəməz onların hansı məqsədlərə xidmət etdiklərini açıq şəkildə göstərməkdədir.
Mehman Hüseynov azadlığa çıxan kimi, Avropada “siyasi sığınacaq” alıb, anti-Azərbaycan fəaliyyətinə start verəcək
Beləliklə, M.Hüseynovun qanunları pozması ilə yanaşı, özünü “əzabkeş” kimi göstərməsi, eyni zamanda, Avropadakı qardaşı E.Hüseynovun dərhal A.Dezir kimi “demokratiya mələklərinin” qucağına atılması bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, onlara belə halların baş verməsi sərf edən bir məsələdir. Yəni gələcəkdə M.Hüseynov da qardaşı E.Hüseynov kimi Avropaya gedib, orada “siyasi sığınacaq” alaraq, Azərbaycan dövlətinin və xalqının iradəsinə qarşı anti-milli fəaliyyət göstərəcək. Bütün bu kimi faktlar isə artıq dəfələrlə sübuta yetirilib və danılmaz arqumentlərə əsaslandırıla bilər.
Rövşən RƏSULOV
P.S. Yeri gəlmişkən, bu ilin 26 fevral tarixində ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən millət vəkillərimiz Emin Hüseynovdan və Leyla Yunusdan Xocalı soyqırımı qurbanları barədə məsələyə nə üçün toxunmadıqlarını soruşanda onlar bu sualı cavablandırmaq yerinə, gülərək, həmin sualı verəni ələ salıb, kinayəli şəkildə əl çalmışdılar. Linkə bax: https://www.youtube.com/watch?v=5m0vBFvkB3A
Təkcə, bu faktın özü nəyin-necə olduğunu, ümumiyyətlə, həmin “insanların” hansı məqsədlərə işlədiklərini sübuta yetirmiş olur. Hər halda, bu gün bütün dünya Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirsə, E.Hüseynov isə cinayətkar qardaşının “dərdini” Xocalı soyqırımından üstün tutursa, demək ki...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB