“Biz və bizim dağlar” Əbu Dabinin Azərbaycan pavilyonunda! UĞURLU TƏŞƏBBÜS+FOTO

“Biz və bizim dağlar” Əbu Dabinin Azərbaycan pavilyonunda! UĞURLU TƏŞƏBBÜS+FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən Şeyx Zayed İrsi Festivalında Azərbaycan pavilyonun girişində “Biz və bizim dağlar” abidəsinin maketi yaradılıb. SİA xəbər verir ki, bu sensasiyalı məlumatı Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov tvitter hesabında paylaşdığı fotonun şərhində yazıb.

Qeyd edək ki, dünyaca məşhur “Biz və bizim dağlar” abidəsi hazırda erməni işğalında olan Xankəndi şəhəri yaxınlığında ucaldılıb. Bu gun həmin abidənin maketinin Abu Dabidə yaradılması, üzərində isə Azərbaycan sözünün yazılması abidənin və işğal olunmuş Xankəndinin Azərbaycana məxsus olması BƏƏ tərəfindən bir daha təsdiqlənir.

Xatırladaq ki, “Biz və bizim dağlar” abidəsi keçmiş Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Əskəran rayonunda, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılıb və bu abidə Azərbaycan SSR sakini tərəfindən Azərbaycan SSR ərazisində ölkə büdcəsindən ayrılmış vəsait hesabına ucaldılıb.

Xatırladaq ki, bu gün işğalçı və separatçı ermənilər “Biz və bizim dağlar” abidəsini öz adlarına çıxararaq, qondarma “DQR”in “simvolu” kimi təqdim edirlər. Bu abidənin beynəlxalq pavilyonlarda Azərbaycan mədəniyyətinin incisi kimi təqdim edilməsi ilk dəfədir ki, baş verir və təqdir olunur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə