Erməni nazirdən şok sözlər
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyənin 2010-cu ildə beynəlxalq ictimaiyyətə sözündə durma gücünə sahib olmayan etibarsız bir tərəfdaş olduğunu iddia edib. SİA-nın xəbərinə görə, Ermənistan Dövlət Televiziyasında 2010-cu ili qiymətləndirən E.Nalbandyan vəziyyəti belə şərh edib: "Topun Türkiyənin sahəsində olduğu müzakirə edilməz bir şəkildə müəyyən olub. Bilirsiniz, pis futbol oynaya bilərsiniz, amma top sizin sahənizdədir və tribunalar sizə qışqırır. Siz isə bunu hələ görmürsünüzsə, bu ayrı bir hekayədir. Bu özünü aldatmaqdır. Türklər hiylə ilə yalnız özlərini aldada bilərlər. Başqa kimsə razı olmaz. Fərqli paytaxtlardan da eyni açıq cavabı alırıq ki, Ermənistan üzərinə düşən hər şeyi edib, indi addım atma sırası Türkiyədədir".

Ermənistan xarici işlər naziri bildirib ki, Türkiyə "erməni soyqırımı"nın qəbul edilməsinin əlaqələrə zərər verəcəyini iddia edir: "Hər şeydən əvvəl bunun səbəbi Türkiyədir. Beynəlxalq birlik soyqırımı tanıma meylindədir. Türkiyənin buna qarşı çıxma səyləri müvəffəqiyyətsizliyə məhkumdur. Əgər imzalanan protokollarda işarə edildiyi kimi Türkiyə həqiqətən əlaqələri normallaşdırmaq istəyirsə, protokolların ön şərtsiz və təəhhüdlərə sadiq qalınaraq təsdiqlənməsi lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə