“Bu ilin mart və ya aprel ayında Bakıda Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək”

“Bu ilin mart və ya aprel ayında Bakıda Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək”
Bu ilin mart və ya aprel ayında Bakıda Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Türkiyə mətbuatına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtında keçiriləcək şuranın iclasında iştirak etmək üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi türkiyəli nazirlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. F.Bağırov şuranın ekspertlərinin ilk iclasının yanvar ayında Ankara keçiriləcəyini bildirib. O, burada iki ölkə arasında imzalanacaq sazişin nəzərdən keçiriləcəyini bildirib.

Səfir iki ölkə arasında vizasız rejim haqqında razılığın da bu il imzalana biləcəyini deyib. Onun sözlərinə görə, bu barədə Azərbaycan tərəfi daxili hüquqi prosedurların həyata keçirilməsi üzərində işləyir. Bağırov onu da qeyd edib ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında Türkdilli ölkələrin İstanbul sammitində Türkiyə və Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında sənəd imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə