Hollandiyada türklərə aid Sultan Əhməd Məscidi hücuma məruz qalıb. SİA-nın məlumatına görə, yeni il gecəsi kimliyi naməlum şəxslərin hücum etdiyi məscidin şüşələri və qapıları sındırılıb.
Məscid rısmisi Ramazan Gül hücumun kimlər tərəfindən gərçəkləşdirildyini bilmədiyini deyib: "Hollandiyalılarla münasibətimiz çox yaxşıdır. Bu cür hücumlar əvvəllər təkrarlanmadığı üçün indi də kim tərəfindən edildiyini və səbəbini bilmirik. Hadisə yerinə gələn polislər isə hücumun qəsdən törədildiyini dedilər".
Hücumdan sonra narahatlıq keçirən məscid rəhbəri bundan sonra nəzarət sistemində ciddi dəyişikliklər ediləcəyini vurğulayıb: "Hər gecə son olaraq məscidi nəzarət məqsədi ilə başdan ayağa gəzir, işıqlarını söndürüb gedirdim. Amma gecə nəzarətindən sonra qapıların və şüşələrin sındırılması onu göstərdi ki, nəzarət sistemi dəyişilməlidir. Bizim buradakı insanlarla heç bir problemimiz olmadığından indiyədək ciddi mühafizəyə ehtiyac hiss etməməmişik. Amma artıq mühafizə işinin ciddiləşməsi zəruri hal alıb".
Qeyd edək ki, hücum zamanı ciddi maddi ziyan dəyən məsciddə polislərin araşdırmaları hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB