Almaniyada ümummilli lider Heydər Əliyevin adı və şəkli olan poçt markası buraxılıb

Almaniyada ümummilli lider Heydər Əliyevin adı və şəkli olan poçt markası buraxılıb

Cari ilin dekabr ayında Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın təşəbbüsü və səyi nəticəsində bu ölkədə ilk dəfə, üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və şəkli olan 5 min ədəd poçt markası buraxılıb.

SİA-nın xəbərinə görə, "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"ndan bildiriblər ki, 2011-ci ilin may ayına qədər daha 100 min ədəd poçt markasının buraxılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə