Akademik Milli Dram Teatrı kollektivinin üzvlərinin fəaliyyəti dayandırılıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı kollektivinin üzvlərinin fəaliyyəti dekabrın 30-dan etibarən dayandırılıb.
SİA-nın xəbərinə görə, teatrın direktoru İsrafil İsrafilov bildirib ki, bu gündən teatrın yaradıcı və texniki heyəti rəsmən buraxılıb. Aparılan islahatlar çərçivəsində Dövlət Akademik Milli Dram Teatrına yenidən işə qəbul elan olunub. Bu proses müsabiqə yolu ilə aparılacaqdır. Amma bu, o demək deyil ki, onların hamısı işdən gedəcəkdir. Digər teatrların aktyorları da həmin müsabiqədə iştirak edə biləcəklər. Bu iş teatrın inkişafı naminə həyata keçirilir.
Direktor deyib ki, aktyorların müsabiqəsini keçirəcək komissiyanın tərkibi artıq məlumdur. Komissiyanın sədri və üzvlərinin düzgün qərar qəbul edəcəklərinə inandığını deyən İ.İsrafilov, hər şeyin ədalət çərçivəsində həllini tapacağını söyləyib. Bildirilib ki, komissiya öz işinə 2011-ci ilin yanvarın ilk ongünlüyündən etibarən başlayacaqdır.
İsrafil İsrafilov teatrın müxtəlif ölkələrin tanınmış teatrlarından dəvət aldığını da diqqətə çatdırıb. Vurğulanıb ki, biz bu təklifləri müsbət qəbul etməklə yanaşı, xarici ölkələrdə güclü yaradıcı heyət və cəlbedici əsərlərlə çıxış etməyə çalışacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB