Şarmazanov Nikolu bu faktlarla “yıxıb-sürüdü” ARQUMENT

Şarmazanov Nikolu bu faktlarla “yıxıb-sürüdü” ARQUMENT

Ermənistanda baş verən siyasi və iqtisadi böhranla yanaşı, sosial və s. sahələrdə yaranmış ağır vəziyyət ölçüyəgəlməz dərəcəyə çatıb

Ermənistanın Nikol Paşinyan iqtidarı erməni ictimai rəyində tənqid olunmaqda davam edir və irəli sürülən ittihamların hər biri real faktlara əsaslanmaqdadır. Xüsusilə, köhnə sistemdən – Serj Sarkisyan hakimiyyətindən olan siyasilər Paşinyanın özünütərif metodlarını hədəfə alaraq, ən kəskin fikirlərini ifadə edirlər.

Belə şəxslərdən biri də Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanovdur. Onun sözlərinə görə, son 8 ayda Ermənistanda baş verən siyasi və iqtisadi böhranla yanaşı, sosial və s. sahələrdə yaranmış ağır vəziyyət ölçüyəgəlməz dərəcəyə çatıb. Daha dəqiq desək, Şarmazanov əlində olan danılmaz faktları və arqumentləri necə deyərlər, ard-arda düzərək, onu zəncirvari şəkilə salıb.

“Baş nazir vəzifəsini icra edən onunla fəxr edir ki, konstitusiyanın qəbulundan sonra ilk dəfədir ki, konstitusiya məhkəməsində seçkilərlə (erkən parlament seçkiləri-R.N.) bağlı şikayətlər olmayıb”. SİA xəbər verir ki, Nikol Paşinyanın bu fikirlərini şərh edən keçmiş iqtidar partiyasının təmsilçisi öz Facebook səhifəsində mövcud Ermənistan iqtidarına istehzalı münasibət sərgiləyərək, 2018-ci ilin TOP-10-nu təqdim edib:

. İlk dəfə diaspora nazirliyi ləğv ediləcək və bizim mədəniyyət nazirliyimiz olmayacaq

. Ermənistan ilk dəfə KTMT-nin baş katibliyi vəzifəsindən məhrum olub.

. İlk dəfə minlərlə vətəndaş Yeni ili işsizlər statusunda qatşılayacaqlar.

. İlk dəfə “Artrsaxın qəhrəmanı” – “Artsaxın” və Ermənistanın prezidenti həbs olunub.

. İlk dəfə biz parlamenti real müxalifətsiz görəcəyik.

. İlk dəfə “müqəddəs Eçmiədzinin” dəftərxanası zəbt olunub.

. İlk dəfə bütün ermənilərin katolikosuna hücum edilib.

. İlk dəfə homoseksuallar polisə hücum ediblər.

. İlk dəfə dövlət başçısı xalqı ağlara və qaralara bölüb.

“Və bütün bunlar son 8 ayda baş verib”, deyə Eduard Şarmazanov yazıb.

Göründüyü kimi, artıq erməni ictimai-siyasi rəyində yeni iqtidarla bağlı ciddi parçalanmalar, ziddiyyət və qarşıdurmalar baş qaldırmaqdadır.

Lakin, Şarmazanovun yuxarıdakı ifadələrini necə deyərlər, “qəribçiliyə” salmamaq üçün daha bir neçə faktı da qeyd edə bilərik. Misal üçün, Nikol Paşinyan hətta arvadını belə, bölgələrə helikopterlə göndəir, özü isə xarici ezamiyyə xərclərini dövlət büdcəsindən çıxararaq, bu səfərləri cah-cəlallı edir. Onun dövlət büdcəsinə qənaət adı ilə nazirlikləri ləğv etdirmək qərarı isə, hayla gələn vayla gedər misalını tezləşdirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə